İştirakçılar bu təlimdə maliyyə və qeyri-maliyyə performans göstəriciləri vasitəsilə biznes proseslərinin mövcud vəziyyətini ölçə və qiymətləndirə biləcək, köklü və vahid sujet xətli strateji inkişafı təmin edə biləcək və eyni zamanda bütün bu planlamanı praktiki olaraq icra edə biləcək bacarıqlarını formaşdıra biləcəklər.
Təlimin hədəf kütləsi:
İstehsalat və xidmət sahələrinin bütün istiqamətlərində fəaliyyət göstərən;
Müəssisə sahibləri;
Müəssisə rəhbərləri;
Əməliyyat üzrə rəhbərlər;
İnsan resursları üzrə rəhbər və mütəxəssislər;
Strateji idarəetmə və strateji planlama sahəsində çalışanlar;
Əməliyyat effektivliyinin ölçülməsi və qiymətləndirilməsi prosesi ilə məşğul olan (satış, müştəri əlaqələri və s.) rəhbər və mütəxəssislər.
Təlimdə olacaq:
Təqdimatlar;
Praktiki və nəzəri biliklər;
İnteraktiv müzakirələr;
Praktiki tapşırıqlar;
Yoxlama imtahanı;
Master klaslar;
Coffee brake.
Təlimdən qazanılacaqlar:
Biznes proseslərinin mövcud vəziyyətini ölçə və qiymətləndirə biləcəksiniz;
Kiçik və fərdi inkişaf alətləri əvəzinə köklü və vahid sujet xəttli strateji inkişafı təmin edə biləcəksiniz;
Proseslər və gedişatı daha şəffaf və ölçülə bilən vəziyyətdə olacağı üçün idarəetmə daha asan olacaq;
İşlərinizi doğru idarə etmək əvəzinə doğru işləri idarə edərək daha çox rəqabət qabiliyyəti əldə edəcək, daha çox uğur qazana biləcəksiniz.
TƏLİMDƏ KEÇİRİLƏCƏK MÖVZULAR VƏ TƏLİM PROQRAMI:
1. Müəssisənin performası və nəticələri
Ənənəvi idarəetmə üsulu və BSC
BSC-nin tətbiq imkanları və qazandırdıqları
Strateji İdarəetmə
Strategiya nədir? Necə təyin edilir?
Hədəf və strategiya xətaları
Missiya və gələcəyə baxışın təyini
Strateji idarəetmə prosesinin mərhələləri
Strateji analiz metod və modelləri
2.Balanced Scorecard
BSC-ın Tətbiq Sferaları:
Maliyyə sferası
Müştəri sferası
Proseslər sferası
Öyrənmə və inkişaf sferası
Müəssisənin BSC-nın hazırlanması
Müəssisədaxili BSC-ın hazırlanması(Şöbələrin)
Rəhbər və işçilərin hədəf kartlarının hazırlanması
Nəticələrin ölçülməsi və qiymətləndirilməsi
3.BSC-ın İstehsalat Sistemlərində Tətbiqi (Nümunə)
BSC-nin Xidmət Sistemlərində Tətbiqi (Nümunə)
BSC-nin ERP Birləşmələri
Metodologiyanın Tətbiqi
Müəssisənin seçilməsi və BSC-a hazırlığının ölçülməsi
Strategiya, hədəf, missiya və gələcəyə baxışın təyini
Səbəb-nəticə əlaqələrinin təyini
Məqsəd, hədəf və ölçü əlaqələrinin təyini
KPI-ların təyini
Fəaliyyət planının hazırlanması və tətbiqi nəticələrin qiymətləndirilməsi
4.Praktiki dərs və imtahan
Təlimdə istifadə olunacaq materiallar:
Hər bir dərs üçün hazırlanmış xüsusi təqdimat materialları və praktiki dərs materialları
İmtahan:
Təlimin sonunda, bütün mövzuları özündə əhatə edən 50 sualdan ibarət imtahan təşkil olunacaqdır.
Mükafatlandırma:
Təlimdə iştirak edən bütün şəxslərə sertifikat veriləcəkdir. 75% və yuxarı nəticə əldə edənlərə isə təlimi yüksək naliyyətlə bitirdiyinə dair sertifikat veriləcəkdir.
Qafqaz Universitetinin Mühəndislik fakultəsində magistatura pilləsində 2 il müddətində “İstehsalat və Xidmət Sahələrində Planlama və Qrafikləndirmə” dərsini tədris edib. İş həyatına da təhsil aldığı Qafqaz Universitetində Laborant (Research Assistant) vəzifəsi ilə başlamışdır.
Davamlı olaraq yerli və beynəlxalq təlimlərdə iştirak edən Seymur İlyasov, 2015-ci ildə Amerikanın “American Academy of Project Managment” akademiyası tərəfindən “Certified Planning Engineer” dərəcəsinə laiq görülmüş və eyni zamanda həmin akademiya tərəfindən akreditasiya edilən “13 mühəndisdən biri” olaraq bildirilmişdir. Eyni akademiya tərəfindən “Honorary Global Advisor” tituluna da laiq görülmüşdür.
Planlama sahəsində uzun illər böyük təcrübəyə malik olan Seymur İlyasov, 2015-ci ildə aihidata.com saytının təqdim etdiyi məlumatda dünyada fəaliyyət göstərən 188 “Certified Ecommerce Consultant”dan biri olaraq göstərilmişdir.
İstehsalat və xidmət sahələrinin planlanması üzrə proffessionallaşan mühəndis, “Azərtexnolayn” şirkətinin “Texniki Avadanlıqlar Zavodu”nda planlama müdiri, “Mado Azərbaycan”da istehsalat və xidmət planlama rəhbəri, “Delta Group” şirkətində planlama rəhbəri vəzifələrində çalışmışdır. Hal-hazırda “SOCAR” şirkətində strateji inkişaf və korporativ idarəetmə departamentində menecer vəzifəsində çalışmaqdadır.
Təlimin gedişatı:Təlim 4 saat olmaqla 3 dərs, praktiki iş və imtahandan ibarətdir. Dərslər həftədə 1 dəfə keçiriləcəkdir.
ÖDƏNİŞ ŞƏRTLƏRİ:
Təlimin qiyməti: 300 AZN
Qeyd-1: . 05/02/2020tarixinə qədər qeydiyyatdan keçən şəxslər üçün təlimin qiyməti 250 AZN təşkil edəcəkdir.
Qeyd-2: Korporativ iştirak (minimum 3 nəfər) zamanı 20% endirim olacaqdır.