Şirkətin və yeni qurulan bizneslərin qısa zamanda öz hədəflərinə çata bilməsi üçün həyati dərəcədə önəm daşıyan marketinq strategiyasının yazılması, planlaşdırılması və icrasına dair praktiki və nəzəri biliklər vermək və eyni zamanda iştirakçılarda bu strategiyanı praktiki olaraq icra edə biləcək bacarıqların formalaşdırılmasına yardımçı olmaq.
Təlimin hədəf kütləsi:
Marketinq menecerləri;
Şirkət rəhbərləri;
Biznesə yeni başlayan iş adamları;
Direktorlar;
Şöbə müdirləri;
Marketinq üzrə təlim-tədris verən şəxslər;
Marketinq üzrə ixtisaslaşmaq və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər;
Marketinq və biznes sahəsində 8 illik peşəkar təcrübəyə malik olan Nihad Mustafazadə Auto Azerbaijan şirkətinin Jeep, Dodge, Chrysler və Hyundai markalarının marka meneceri vəzifəsində çalışmışdır. Öz karyersını “Mercedes-Benz Azərbaycan”-da marketinq meneceri vəzifəsində davam etdirən mütəxəssis, daha sonra ölkənin ən iri sənaye komplesklərindən biri olan “Sumqayıt Texnologiyalar Parkı”-ında Brendinq Departamentinin direktoru vəzifəsinə yüksəlmişdir. Mütəxəssis hal-hazırda ATEF Şirkətlər Qrupunun Brendinq departamentinin direktoru vəzifəsində çalışmaqdadır. Professional karyerası ilə paralel olaraq gənc sahibkar kimi də tanınan Nihad M. bir sıra bizneslərin həmtəssisçisidir.
Təlimin gedişatı:Təlim 3 saat olmaqla 5 dərs və 1 praktik işdən ibarətdir. Dərslər həftədə 2 dəfə keçiriləcəkdir.
ÖDƏNİŞ ŞƏRTLƏRİ:
Təlimin qiyməti: 300 AZN
Qeyd-1: 25/03/2020 tarixinə qədər qeydiyyatdan keçən şəxslər üçün təlimin qiyməti 250 AZN təşkil edəcəkdir.
Qeyd-2: Korporativ iştirak (minimum 3 nəfər) zamanı 20% endirim olacaqdır.